525.Az

Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə növbəti görüşün vaxtı bilindi


 

Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə növbəti görüşün vaxtı bilindi <b style="color:red"></b>

Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə işçi qrupunun növbəti görüşü yazda baş tutacaq.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.

O bildirib ki, demarkasiya prosesi razılaşdırıldığı kimi rəvan şəkildə davam edir: "Düşünürəm ki, bu işə də nəzarət edəcək Xələf Xələfovun rəhbərliyi altında sərhədləri tez bir zamanda demarkasiya edə biləcəyik".

İ.Bratçikov əlavə edib ki, növbəti görüşün keçiriləcəyi yer isə hələ dəqiq məlum deyil.

O, işçi qrupunun növbəti görüşünün yaxın aylardan gec olmayaraq keçiriləcəyinə ümid etdiyini qeyd edib.

 





19.02.2019    çap et  çap et