525.Az

Kürdəmirdə Nəsimiyə həsr olunmuş qəzəl müsabiqəsi keçirilir - Foto


 

Kürdəmirdə Nəsimiyə həsr olunmuş qəzəl müsabiqəsi keçirilir - <b style="color:red">Foto </b>

2019-cu ilin Azərbaycanda Nəsimi İli elan olunması ilə əlaqədar AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir rayon Təhsil Şöbəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər keçirməyi planlaşdırır.

İlk tədbir olaraq “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu quş dilidir, bunu Süleyman bilir ancaq” adlı qəzəl müsabiqəsinin keçirilməsinə qərar verilib.

Fevralın 21-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində müsabiqənin yekun turu keçirilib.

Tədbiri giriş sözü ilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı tarixində məhsuldar və yeni mərhələ təşkil etməsindən, eləcə də, türkdilli xalqların da ədəbi inkişafında əhəmiyyətli və faydalı təsirindən danışıb.

Müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənildikdən sonra qaliblər müəyyənləşdirilib.

Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva 1-ci yerə, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova 2-ci yerə, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva 3-cü yerə layiq görülüblər.

Qaliblər AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif  ediliblər.

 





21.02.2019    çap et  çap et