525.Az

Turizm Agentliyi və Turizm Bürosunun yeni qurumları yaradıldı


 

Turizm Agentliyi və Turizm Bürosunun yeni qurumları yaradıldı<b style="color:red"></b>

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun yeni qurumları - Destinasiya Menecmenti təşkilatları (DMT) yaradılıb.

Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, DMT-nin yaradılmasında məqsəd regionlarda turizmin inkişafı, təşviqi və idarə olunmasıdır. DMT-nin Qubada yerləşən bölməsinin artıq təqdimatı keçirilib.

Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək DMT-lərin fəaliyyət istiqamətlərindən biri də regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə əlaqələndirmək olacaq.

Bununla yanaşı, region hotellərində xidmət keyfiyyətinin artırılması üçün tədbirlər görüləcək.

 





21.02.2019    çap et  çap et