525.Az

"TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb"


 

"TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb"<b style="color:red"></b>

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) İon-Adriatik qaz kəməri (IAP) layihəsinin reallaşdırılması üçün zəmin yaradıb.

Trend-in məlumatına görə, bunu Albaniya Prezidenti İlir Meta deyib.

Prezidentin sözlərinə görə, TAP-ın bir qolu olan IAP Azərbaycan qazının Monteneqro və Bosniya və Herseqovinadan keçməklə Albaniyadan Xorvatiyanın Split şəhərinə nəqlini nəzərdə tutur:

“Hazırda uğurlu texniki-iqtisadi əsaslandırmadan sonra Albaniya və Monteneqro hökumətləri Avropa İttifaqından layihənin icrası üçün 2,5 milyon avro məbləğində qrant alıb”.

 





22.02.2019    çap et  çap et