525.Az

Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqladı


 

Ağ Ev ABŞ və KXDR arasında keçiriləcək sammitinin məqsədini açıqladı<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Koreya yarımadasının bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında Hanoyda keçiriləcək sammitlə bağlı yaydığı bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Böyük imkanlar: Prezident Donald Tramp Koreya yarımadasının və dünyanın bütün sakinləri üçün parlaq və təhlükəsiz gələcəyə nail olmağa çalışır. Sammitin məqsədi - Sinqapurda iki liderin üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində gələcək irəliləyiş: münasibətlərin dəyişdirilməsi, möhkəm və sabit dünya və Koreya yarımadasının tam denuklearizasiyası".

Qeyd edək ki, ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoyda keçiriləcək.

 





22.02.2019    çap et  çap et