525.Az

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı


 

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı <b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər terrorizmə qarşı ən sərt şəkildə mübarizə aparılmasının və Suriyada siyasi prosesin dəstəklənməsinin vacibliyini vurğulayıblar.

Bundan əlavə T.Ərdoğan və D.Tramp ikitərəfləri iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini müzakirə ediblər.

 





22.02.2019    çap et  çap et