525.Az

Putin və Netanyahu arasında keçiriləcək görüşün vaxtı dəyişdi


 

Putin və Netanyahu arasında keçiriləcək görüşün vaxtı dəyişdi <b style="color:red"></b>

İsrailin baş naziri Binyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşün vaxtı dəyişib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın İsraildəki səfirliyinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "Gələn çərşəmbə, fevralın 27-si Netanyahu Putinlə Moskvada görüşəcək".

Qeyd edək ki, daha əvvəl görüşün fevralın 21-i Moskvada keçiriləcəyi planlaşdırılırdı.

 





22.02.2019    çap et  çap et