525.Az

Rusiyada yaşayan şəmkirli iş adamları doğma yurda töhfə verəcəklər


 

ONLAR RAYONUN ƏN BÖYÜK KƏNDİNƏ SU XƏTTİ ÇƏKİLİŞİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Rusiyada yaşayan şəmkirli iş adamları doğma yurda töhfə verəcəklər<b style="color:red"></b>

Ölkə rəhbərinin həyata keçirdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyası sayəsində respublikamızda sahibkarlığın inkişafının daha yüksək mərhələyə qədəm qoyması, vətəndə, eləcə də onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışan iş adamlarımızın da yerli investorlar qismində fəaliyyətlərini genişləndimələri prosesinə get-gedə daha çox öz təsirini göstərməkdədir.

Bu təzahürlərdə əsasən, Rusiya Federasiyasının müxtəlif bölgələrində daim öz uğurlu fəaliyyətləri ilə seçilən şəmkirlilərin də öz payı var.


Rayonun Zəyəm Cırdaxan kəndinin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamları da doğma elə öz töhfələrini vermək qərarına gəliblər. Onlar rayon İcra Hakimiyyəti ilə birgə rayonun ən böyük kəndi olan Zəyəm Cırdaxana yeni su xəttinin çəkilişi layihəsinə start veriblər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və aparılan işlərin təşkilatçısı, Rusiya Federasiyasının Tümen şəhərindəki Azərbaycan diaspor təşkilatının sədri Füzuli Burcuyevlə birlikdə əraziyə baş çəkiblər.

730 millimetrlik polad borularla çəkilən su xəttinin ümumi uzunluğu 7 kilometr olacaq. Yeni su xətti mənbəyini Zəyəm çayından götürəcək. Onun istismara verilməsi nəticəsində rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən  və əhalisinin sayı 10 minə yaxın olan Zəyəm Cırdaxan kəndinin su təzhizatındakı problemlər tamamilə aradan qaldırılacaq.

Zakir MURADOV
Şəmkir

 





22.02.2019    çap et  çap et