525.Az

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət etdi


 

"İŞÇİLƏRİN MİNİMUM ƏMƏK HAQQI 180 MANATA ÇATDIRILMALIDIR"

Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət etdi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Bildirilib ki, işçilərin minimum əmək haqqı 180 manata çatdırılmalı, bununla bağlı əmək müqavilələrinə dəyişiklik edilərək martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir.

19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərdən maaşı minimum əmək haqqından aşağı olan işçilərin də əmək haqlarında işəgötürənlər tərəfindən artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

Müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən, işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

CEYHUN

 





22.02.2019    çap et  çap et