525.Az

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək


 

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək<b style="color:red"></b>

İyundan etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək.

Bunu Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov ötən il 2 tam müasir qatar tərkibinin alınaraq istifadəyə verildiyini xatırladıb: "Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur".

O qeyd edib ki, yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq:

"İyun ayından başlayaraq Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək".

 





22.02.2019    çap et  çap et