525.Az

"Bəziləri Babək prospektində görülən işlərə kölgə salmaq istəyirlər"


 

"Bəziləri Babək prospektində görülən işlərə kölgə salmaq istəyirlər"<b style="color:red"></b>

Bəzi insanlar yol təmirindən anlayışları olmadığı halda, paytaxtın Babək prospektinin təmiri barədə əsassız iddialar səsləndirirlər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxslər qurumun gördüyü işlərə kölgə salmaq istəyir: "Biz Babək prospektində yeni yol tikməmişik. Bu yol 1980-ci illərdə salınıb. 1996-98-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yol yenidən qurulub. Həmin yolun aşınma müddəti keçdiyinə görə, Prezident yolun yenidən qurulması barədə tapşırıq verib. Biz də mövcud yolu yenidən bərpa etmişik".

Agentlik rəsmisi yolda aparılan işlərlə bağlı da məlumat verib: "Orda müəyyən aşınmaya məruz qalmış hissələr yenidən bərpa olunub və asfalt vurulub. Lazım olan yerlərdə yol genişləndirilib, Bakı Nəqliyyat Agentliyinin verdiyi plana uyğun avtobus dayanacağı və ikitərəfli avtobus hərəkətinin tənzimlənməsi üçün yol xətti çəkilib".

 





23.02.2019    çap et  çap et