525.Az

“Yazıçı” bu dəfə gəncəli ədiblərdən söz açır


 

“Yazıçı” bu dəfə gəncəli ədiblərdən söz açır<b style="color:red"></b>

“Yazıçı” dərgisinin yenicə işıq üzü görmüş növbəti sayı Gəncədə boya-başa çatmış klassik və çağdaş ədiblərimizə həsr edilib.

Bu sayda Nizami, Məhsəti, Vazeh, Nigar Rəfibəyli, Altay Məmmədovun yaradıcılığı öz əksini tapıb. Eləcə də Qərib Mehdi, Oruc Göyçəli, Oktay Abdulla, Xəzangül, Fazil Sənan, Məmməd Alim, Nüşabə, Oğuz Aydın, Fərruxə Umarova, Vüsal Hicran, Rəfiqə Sadıqova, Bayram Göyçəli, Ümbülbanu, Cahandar Aybər, İmamverdi Məmmədov, Şəfa Vəli, Zahir Şirani, Rəsul Murovdağlı, Aydın Murovdağlı, Sahib İbrahimlinin şeir və nəsr nümunələri verilib.

Qədim Gəncənin tarixi abidələri və rəssamlarının, heykəltaraşların əsərləri dərginin səhifələrində öz yerini tutub.

 





24.02.2019    çap et  çap et