525.Az

Abdulla Şaiqin xatirəsi anıldı


 

Abdulla Şaiqin xatirəsi anıldı <b style="color:red"></b>

Fevralın 22-də görkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 138-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda ədibin məzarı ziyarət edilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, anma tədbirinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Bakı muzeylərinin əməkdaşları, Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, ədibin adını daşıyan 54 nömrəli orta məktəbin müəllim və şagirdləri, Rusiya İnformasiya Mərkəzinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, muzeyin böyük elmi işçisi Arzu Hacıyeva çıxış edərək ədibin həyat və yaradıcılığından danışıblar.

Bildirilib ki, ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olub, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapıb. Eyni zamanda, o, “Əlifba” kitabı hazırlayıb, müxtəlif dərsliklər və dərs proqramları ərsəyə gətirib.

Mərasimdə A.Şaiqin əsərlərindən ibarət kompozisiya təqdim edilib.

 





24.02.2019    çap et  çap et