525.Az

Yol polisindən tıxacla bağlı açıqlama


 

Yol polisindən tıxacla bağlı açıqlama<b style="color:red"></b>

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində ciddi problem yaranıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə,  yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtın Tbilisi, Babək , Azadlıq prospektləri və Rəşid Behbudov , Fizuli küçələrində nəqliyyatın sıx cərgələnməsi və saatda 5 kilometr surətlə hərəkəti müşahidə olunur.
 
Hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyir və baş verən sıxlığın aradan qaldırılması ilə bağlı tədbirlər görür.

 





16.09.2013    çap et  çap et