525.Az

Aktauda “Xocalıya Ədalət” çağırışı - Video


 

Aktauda “Xocalıya Ədalət” çağırışı - <b style="color:red">Video </b>

İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Aktau şəhərində yaşayan gənclər aksiya keçiriblər.

Aktau şəhərinin dənizkənarı parkında baş tutmuş aksiyada gənclər Xocalı soyqırımı, Xocalıya Ədalət, erməni terrorizmi son, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması həsr olunmuş plakatlarla çağırışlar ediblər.

Aktau gəncləri həmçinin, “Xocalıya Ədalət” kompaniyası çərçivəsində video çarx hazırlayaraq sosial şəbəkələrdə yayımlanmasına başlayıblar.

Azərbaycanlı gənclərlə yanaşı qazax, özbək, türkmən, ləzgi, avar, udin və digər millətlərdən olan gənclərin iştirakı ilə hazırlanmış video çarxda Xocalı soyqırımı haqqında məlumat verərək, müxtəlif dillərdə Xocalıya Ədalət çağrışları ediblər.

 





25.02.2019    çap et  çap et