525.Az

Çoxmərtəbəli binada tüstülənmənin qarşısı alındı


 

Çoxmərtəbəli binada tüstülənmənin qarşısı alındı <b style="color:red"></b>

Bakıda Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında tüstülənmə olub.

Trend-in məlumatına görə, tüstülənmə binanın C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb.

60-dan çox sakin binadan təxliyə edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin 18 yanğından mühafizə bölməsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Tüstülənmənin qarşısı alınıb.

 





25.02.2019    çap et  çap et