525.Az

Hündürmərtəbəli binada tüstüdən zəhərlənənlərin adları məlum oldu - Yenilənib


 

Hündürmərtəbəli binada tüstüdən zəhərlənənlərin adları məlum oldu - <b style="color:red">Yenilənib </b>

Bakıda hündürmərtəbəli binada baş verən tüstülənmə nəticəsində 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə gətirilən 3 nəfərin kimliyi məlum olub.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, hadisə nəticəsində tüstüdən zəhərlənmə ilə şöbəyə qəbul olunanlar - 1965-ci il təvəllüdlü Sultan Qənbərova, 1993-cü il təvəllüdlü Səidə Əliyeva və 3 aylıq oğlan uşağı olan Ata Nihad Atəş oğludur.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Bakının Yasamal rayonunda çoxmərtəbəli binada baş vermiş tüstülənmə nəticəsində 3 aylıq uşaq zəhərlənib.

Bu barədə Trend-ə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

O bildirib ki, azyaşlı mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib: "Uşaq tüstüdən zəhərlənib".

Qeyd edək ki, tüstülənmə Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasının C blokunda liftin şaxtasındakı elektrik kabellərində qeydə alınıb. 60-dan çox sakin binadan təxliyə edilib. Tüstülənmənin qarşısı alınıb.

 





25.02.2019    çap et  çap et