525.Az

Mübariz - Şeir


 

Mübariz - <b style="color:red">Şeir </b>

Yağılar yurduma dikəndə gözü,
Oldun bizə arxa-dayaq, Mübariz.
Azğın düşmənlərdən qorudun bizi,
Gecə-gündüz daim oyaq, Mübariz!

Erməni quldurlar duranda qəsdə,
Eli hər an qoruyurdun, Mübariz.
Bu gün ruhun gəzir başımız üstə,
Övladısan ana yurdun, Mübariz.

Düşməni məhv etdin sən yuvasında,
Viran qoydun o məkanı, Mübariz.
Şəhidliyi seçdin vətən yolunda,
Oldun xalqın qəhrəmanı, Mübariz!
Vətən tarixinə yazılıb adın,
Sən bircə an əsla unudulmadın!

Əliyev Mirzə Vüqar oğlu
"Gənc istedadlar" liseyinin VI sinif şagirdi

 





26.02.2019    çap et  çap et