525.Az

Xocalı - Adəm Asnının şeiri


 

Xocalı - <b style="color:red">Adəm Asnının şeiri </b>

Bir gecədə nələr gəldi başına,
Od vuruldu torpağına, daşına,
O tarix yazıldı qan yaddaşına,
O gecə qəlbimiz yandı, Xocalı,
O tarix qanlıdı, qandı, Xocalı.
Azğın havadarın salıb yanına,
Qan çiləyib olmayan vicdanına,
Körpəsini anasının qanına
Qərq etdi qudurmuş yağı, Xocalı,
Çəkdi sinəmizə dağı, Xocalı.

Havadarı olsa, köpək qurd basar,
Amma həm də baxır, kimdir havadar.
Quduz köpək, qəfil basqın, soyuq, qar,
Köpəyə də arxa ayı... Xocalı,
Yoxdur bu dəhşətin, tayı, Xocalı.

Dinc arvad-uşağın qəsdinə durmaq,
Düşmənçilikdir həm, həm də qudurmaq.
Həqiqəti mümkün deyil susdurmaq,
Gec-tez öz yerini tapır, Xocalı,
Quduz it sahibin qapır, Xocalı.

Susayıb qanına, durub qəsdinə,
Düşmən köpək kimi düşdü üstünə,
Hər kəsə bəllidir onun qəsdi nə
O köpəyi kim qısqırtdı, Xocalı,
Diddi ürəyini, yırtdı, Xocalı.

Bu gün düşmən qapı-qapı sülənir,
"Yazığam", "məzlumam" deyib dilənir,
Şər-böhtana, iftiraya bələnir,
Varsa da inanan hələ, Xocalı,
Uzun sürməyəcək belə, Xocalı.

Bizim tərəqqini düşmən də görür,
Üstümüzə gah ulayır, gah hürür.
Can verən xəstə tək bir ömür sürür,
Üzülür hər yandan əli, Xocalı,
Hikkəsindən olur, dəli, Xocalı.

Artıq çapalayır qaniçən yağı,
Lələtəpə ona bir qisas dağı.
Gün gələr kəsilər murdar ayağı
O müqəddəs torpaqlardan, Xocalı,
O gün deyil uzaqlarda, Xocalı.

Bircə alayımız dörd gün savaşla,
Qərq etdi düşməni qorxu-təlaşa.
Elə bil köpəyi basdılar daşa,
Büzüşüb o, quyruq qısdı, Xocalı,
Si çan tək deşikdə mısdı, Xocalı.

Hələ böyük gücün kiçik zərrəsi -
Bircə alay oldu düşmənin bəsi,
Ki, tutsun aləmi fəryadı, səsi,
Qaçıb ağasına getsin, Xocalı,
Ağlayıb şikayət etsin, Xocalı.

İntiqam əzmimiz dönməz və qəti,
Ordumuzun hər gün artır qüdrəti.
Düşmən də anlayır bu həqiqəti,
Bürüyür bit-birə canın, Xocalı,
Yerdə qalmayacaq qanın, Xocalı.

Adəm ASNI

 





26.02.2019    çap et  çap et