525.Az

Gəncədə Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizmə dair sərgi


 

TƏDBİR AVROPA İTTİFAQI TƏRƏFİNDƏN MALİYYƏLƏŞDİRİLƏN LAYİHƏNİN TƏRKİB HİSSƏLƏRİNDƏNDİR

Gəncədə Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizmə dair sərgi <b style="color:red"></b>

"Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyinin və Gürcüstanın Təhsil Mərkəzinin birgə icra etdiyi "İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması" layihəsi çərçivəsində Respublikamızın ikinci şəhərində turizm sərgisi təşkil olunub.

Tədbirə Gəncə-Qazax regionunun turizm perspektivlərinə dair informativ və maddi məhsullar təqdim edilib. Sərgidə  sosial, bələdçilik və digər bu kimi turizm fəaliyyəti  ilə məşğul olan qurum və şəxslər, turizmi canlandıra bilən sənət növlərinin təmsilçiləri - rəssamlar, tətbiqi sənət ustaları qatılıblar. Türkiyənin və Gürcüstanın Gəncədəki Baş konsulluqları, Türk Hava Yolları, Dövlət Turizm Agentliyinin Gəncə nümayəndəliyi, turizm agentlikləri, milli qoruqlar da öz stendlərini təqdim ediblər.

"İnkişaf və Əməkdaşlıq üçün Vətəndaş Cəmiyyəti: Azərbaycan və Gürcüstanın sərhəd bölgələrində turizm potensialının artırılması" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan-Gürcüstan arasında Şərq Tərəfdaşlığı Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra edilir. Azərbaycanda layihənin icrasına İqtisadiyyat Nazirliyi nəzarət edir. Layihənin əsas məqsədi sərhəd rayonların turizm imkanlarını üzə çıxartmaq, inkişaf etdirmək və hər iki bölgə arasında turist axınını genişləndirməkdir.

Fəaliyyət planına uyğun olaraq Gəncə-Qazax iqtisadi zonasına daxil olan Gəncə şəhəri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarında görüşlər və təlimlər keçirilib, regionunun turizm imkanları haqqında Azərbaycan, ingilis, alman dillərində 3 dildə bukletlər çap edilib, layihənin Facebook səhifəsi və ÜEB saytı, regionun turizm imkanları haqqında 4  video-çarx hazırlanıb, Resurs-İnformasiya Mərkəzi yaradılıb, Gəncə-Qazax zonasının turizm imkanlaını təqdim edən tur marşurutları hazırlanıb. Həmçinin, mübadilə proqramı çərçivəsində Azərbaycanın hədəf ərazilərindən seçilmiş nümayəndə heyəti Gürcüstan Respublikasının Kvemo Kartli ərazisinin turizm imkanları ilə tanış olub, Gürcüstandan olan nümayəndələr isə Gəncə-Qazax regionuna səfər ediblər. Layihə çərçivəsində bu işə marağı olan gənclər üçün 3 aylıq "Turizm Biznesi" adlı kurslar keçirilib, Gəncədəki universitetlərin tələbələrinin iştirakı ilə Azərbaycanın tarixi yerlərinə və Gürcüstanın Kvemo Kartli regionuna praktik turlar təşkil edilib.

Zakir MURADOV
Gəncə 

 





26.02.2019    çap et  çap et