525.Az

"Söz" çərçivəsində daha bir görüş


 

"Söz" çərçivəsində daha bir görüş <b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin "Söz" ədəbi layihəsinin növbəti qonağı tanınmış yazıçı, 11 bestseller müəllifi, bir çox beynəlxalq mükafatlara, o cümlədən, Avrasiya materikinin ədəbiyyat üzrə "Lifft" festivalının qızıl medalına layiq görülmüş Varis Yolçuyev olub.

Nazirlikdən bildirilib ki, əvvəlcə layihənin rəhbəri Nigar Həsənzadə yazıçının həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Qeyd edib ki, Varis Yolçuyev onun diqqətini yalnız yazdığı bestsellerlərin sayına görə cəlb etməyib. Yazıçıda onu cəlb edən, həm də heç cür adi adlandırmaq mümkün olmayan ədəbi taleyi, intellektual, eləcə də olduqca təsirli və dərin yazıçılıq xəttidir.

Yazıçı uğur və kütləvi oxucu sevgisi qazanması üçün yalnız əsərlərinə savadlı və maraqlı "skelet" qurmur, o, həm də hər bir əsərində sevgi, xeyirxahlıq, təəssübkeşlik, mərhəmət, habelə Vətən məfhumlarını xatırlatmağı unutmur. Varis kitablarında xalqının, dövlətinin milli maraqlarını heç zaman unutmur, əcnəbi oxucuda bu maraqlara hörmət və ehtiram aşılayır.

Tədbir çərçivəsində maraq doğuran suallar cavblandırılıb, müzakirələr aparılıb.

ŞAHANƏ

 





27.02.2019    çap et  çap et