525.Az
"Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı daim dəstəkləyəcək"
"Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyib və daim dəstəkləyəcək".
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"Ermənistanın Azərbaycan topraqlarının ədalətsizcəsinə işğal etməsindən sonra Türkiyə Azərbaycanı dəstəkləyib. Biz Azərbaycanı daim dəstəkləyəcəyik", - Ərdoğan deyib.
O, həmçinin qeyd edib ki, Türkiyə tarix boyu hansı ölkədə olmasından asılı olmayaraq, ədalətsizliyə qarşı mübarizə aparıb.
09.10.2012 çap et