525.Az

İnstaqrama baxanda feysbuk daha sivil bir məkan imiş... - Rəşad Məcid - ANONS


 

İnstaqrama baxanda feysbuk daha sivil bir məkan imiş... - Rəşad Məcid - <b style="color:red">ANONS</b>

"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:

Allah bu zülmü yerdə qoymaz! Bəndənin gördüyü zillətdən, çəkdiyi məşəqqətdən qanı donanda, zalımı, qatili cəzalandıra bilməyəndə ümidi Allaha qalır! 27 il əvvəl Ağdamda sağ qalan Xocalı sakinlərindən baş verən faciəni ilk eşidənlərin dilində bu sözlər tez-tez səslənirdi! - Allah bu zülmü yerdə qoymaz! Bu qədər zaman keçib, qatillər hələ də cəzasını almayıbsa... Vaqif Səmədoğlunun misrası yada düşür:  Allaha kömək vaxtıdır!

***

İmdat Avşar son illərdə Azərbaycan ədəbiyyatından 100-ə yaxın kitabı Türkiyə türkcəsinə uyğunlaşdırıb! M.F.Axundovdan başlayaraq çağdaş gənc yazarların əsərlərinəcən əksər yazıçıları çevirib. İmdatın diqqətindən kənar qalan az yazıçı tapılar! Bakıya hər səfəri çoxlu yaradıcılıq layihələrinə təkan olur! Bu dəfə də Xocalı faciəsiylə bağlı Türkiyə türkcəsinə çevirdiyi kitabın təqdimatında iştirak etmək üçün gəlib! Görüşdük, söhbətləşdik, Ankaradakı, ana yurdu Kırşəhirdəki tədbirlərimizi xatırladıq!

***

Miqrasiya Xidmətində görüşdəyik. Xidmət rəisi Vüsal Hüseynov xoş təsir bağışladı! Problemlərin həllini sərt inzibati cəzalarda yox, şəffaflıq və məmnunluq yaratmaqda görməsi isə rəğbət doğurdu!..

***

Çəpərə, kameraya verdiyiniz pula ağac əkin, meşə salın da! Bir də keçmiş nazirin avtobanın kənarlarında əkdiyi ağacları sulayın!..

***

2004, ya 2005-ci il idi, deyəsən. Avropa Şurası Parlament Assambleyasının iclasları vaxtıydı. Vaqif Səmədoğluyla Strasburqda gəzirdik. Bir restoranın adı Vaqif müəllimin diqqətini çəkdi, gülümsədi və “gəl, burda şəkil çəkdirək” - dedi. Anı Parisdə yaşayan dostum, yazıçı Şahin Sinariya əbədiləşdirdi! Restoranın adı “Pivə Akademiyası” idi.)

***

Gərgin tədbirlərlə, qaçaqaçlarla dolu həftənin 5 iş günündən sonra yağışlı-çiskinli şənbəyə nə ad vermək olar?! Oxu və yuxu günü. :)

***

İnstaqrama baxanda feysbuk daha sivil bir məkan imiş...

***

... Bir bomj “həmkarının” öldüyünü görür. Yaxınlaşıb baxır ki, ölənin yanında yarımçıq araq, para soğan, dişlənmiş alma var. Deyir, bunun ki hər şəraiti varmış, bu niyə ölüb?!  :)

YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





02.03.2019    çap et  çap et