525.Az

Vətəndaşların problemli kreditlərlə bağlı suallarına onlayn cavab veriləcək


 

Vətəndaşların problemli kreditlərlə bağlı suallarına onlayn cavab veriləcək<b style="color:red"></b>

Maliyyə Nazirliyi prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərmanı ilə əlaqədar olaraq vətəndaşların suallarını cavablandırmaq üçün qurumun saytında xüsusi bölmənin yaradılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, vətəndaşlarda həmin fərmanla əlaqədar müəyyən suallar yarana bilər.

O bildirib ki, bu xidmət yaxın gələcəkdə işə düşəcək, həmçinin "qaynar xətt" yaradılacaq.

 





04.03.2019    çap et  çap et