525.Az

Litva Seymində Azərbaycan parlament dostluq qrupunun görüşü keçiriləcək


 

Litva Seymində Azərbaycan parlament dostluq qrupunun görüşü keçiriləcək<b style="color:red"></b>

Sentyabrın 18-də Litva Seymində Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçiriləcək.

Bu barədə 525.az-a Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov məlumat verib. Görüşdə iki ölkə parlamentləri arasındakı münasibətlər müzakirə olunacaq.

Azərbaycan Milli Məclisinin deputatları səfər çərçivəsində  Litva parlament sədrinin müavini Algirdas Sisas, Seymin xarici əlaqələr komitəsinin sədri Benediktas Yoda və Litva xarici işlər nazirinin müavini Andryus Krivas ilə də görüşəcəklər.

Vilnüsdə keçirləcək müzakirələrdə Azərbaycan Milli Məclisinin üzvləri Fuad Muradov və Rasim Müsabəyov iştirak edəcək.

 





17.09.2013    çap et  çap et