525.Az

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək


 

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək <b style="color:red"></b>

Azərbaycanda “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) bununla bağlı təşkil etdiyi mətbuat konfransında bildirilib.

Qeyd edilib ki, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart tarixlərində NRYTN tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackaton” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “İSO 27001” üzrə “Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidməti: Kibertəhlükələr və onların mühafizə üsulları” respublika elmi-praktiki seminar və bu kimi mövzularda tədbirlər təşkil ediləcək.

 





04.03.2019    çap et  çap et