525.Az

Rusiyanın Qızıl Fonduna düşən 12 yaşlı həmyerlimiz təhsil almaq üçün Azərbaycana gəldi


 

Rusiyanın Qızıl Fonduna düşən 12 yaşlı həmyerlimiz təhsil almaq üçün Azərbaycana gəldi<b style="color:red"></b>

Rusiyanın Novosibirsk vilayətində yaşayan və Rusiyanın Qızıl Fonduna düşən ilk azərbaycanlı 12 yaşlı Əli Muradov Rusiyadakı orta təhsilini artıq vətəndə davam etdirəcək. 

525.az-a verilən məlumata görə, o artıq dünəndən Bakıdakı 20 nömrəli məktəbin şagirdidir. Vətənində ilk dəfə olaraq  orta məktəbə gedən Əli Muradov buna görə çox sevindiyini və vətəndə nə vaxtsa təhsil alacağının onun ən böyük arzularından biri olduğunu bildirib.
 
20 nömrəli məktəbin rus bölməsində təhsil alan Əli Muradov məktəb rəhbərliyi və müəllimləri tərəfindən diqqət və maraqla qarşılanıb. Əli Muradovun dediyinə görə, o ali təhsilini İtaliyadakı konservatoriyada almağı hədəflədiyini qeyd edib.

Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr və “Qran-pri” mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak etmişdir.

Həmvətənimiz Əli Muradov Novosibirsk vilayətinin qubernatoru Vasili Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülmüşdür. Bu yaxınlarda isə İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında I dərəcəli laureat diplomu ilə təltif olunub. Bundan başqa o, ən parlaq çıxışına və səhnə mədəniyyətinə görə də dəfələrlə xüsusi təşəkkürnamə ilə də təltif olunub.

O, Rusiyada fəaliyyət göstərən Azərbaycan Diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə, konsert proqramlarında ölkəmizi layiqincə təmsil edib. 11 yaşlı Əli Rusiyanın Novosibirsk vilayətinin qubernatoru Vasiliy Yurçenko tərəfindən Qubernator təqaüdünə layiq görülüb. Bu yaxınlarda isə “İstedadlıların Planeti” ("Planet of Talents ") adlı beynəlxalq müsabiqədə ölkəmizi təmsil edən Əli Muradov “Qrana-pri”- ə, İspaniyanın Lloret De Mar şəhərində skripka üzrə keçirilən beynəlxalq əhəmiyyətli “El festival De Mar Y Sol” festivalında isə I dərəcəli laureat diplomu ilə təltif olunub. Əli Muradov həm Rusiya, həm də Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestri ilə birgə çıxışlar edib.

 





17.09.2013    çap et  çap et