525.Az

Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb


 

Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb <b style="color:red"></b>

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual olunan vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı minik maşınının ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 





04.03.2019    çap et  çap et