525.Az

“Müasir Bakı” müsabiqəsi keçiriləcək


 

“Müasir Bakı” müsabiqəsi keçiriləcək<b style="color:red"></b> Azərbaycanda gənc rejissorların yaradıcı işləriylə bağlı müsabiqəyə start verilib.

Bu barədə Axşam.az saytına layihənin mətbuat katibi Fuad Mədətov məlumat verib. O, bildirib ki, “AE group production”nın təşkilatçılığı ilə “Müasir Bakı” mövzusunda keçirilən müsabiqənin əsas məqsədi gənclərə öz ssenariləri əsasında film çəkmək məqsədini daşıyır.

Müsabiqədə iştirak edən şəxslərin ssenariləri ölkənin sayılıb-seçilən kino xadimlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Münsiflər heyəti bunlardır: xalq artisti, kinorejissor Yalçın Əfəndiyev (münsiflər heyətinin sədri), rejissor Elxan Cəfərov, kinooperator Nadir Mehdiyev, jurnalist Nazilə Babayeva və rep ifaçısı Anar Nağılbaz.

Müsabiqədə qalib gələn 3 nəfərin ssenarisinin ekranlaşdırılmasının bütün xərclərini ödəməyi təşkilatçı şirkət öz öhtəsinə götürüb. Müsabiqənin təşkilat komitəsinin rəhbəri “AE group production” rəhbəri Emil Ağayevdir.

“Müasir Bakı” müsabiqəsinin şərtləri, öhdəlikləri və qaydalarıyla bağlı məlumatlar aşağıda qeyd olunub:

1. MƏQSƏD
Müsabiqənin keçirilməsinin əsas məqsədi müasirləşən Bakını gənc rejissorların gözü ilə göstərmək və daha da ətraflı nümayiş etdirməkdir.

2. İŞTİRAK ŞƏRTLƏRİ
Müsabiqədə 25 yaşa qədər gənclər iştirak edə bilər. Hər bir iştirakçı çəkmək istədiyi filmin ssenarisini təşkilat komitəsinə təqdim etməlidir.

3. MÜNSİFLƏR HEYƏTİ
Münsiflər heyəti təşkilat komitəsi tərəfindən təyin olunur. Heyətin tərkibi biri rəhbər olmaq şərtilə beş nəfərdən ibarətdir. Heyət təqdim olunan ssenariləri oxunulur və beşi seçilərək final mərhələsində bəlli olur.

4. FİNAL MƏRHƏLƏSİ
Müsabiqənin final mərhələsi konsert salonlarından birində tanınmış incəsənət xadimlərinin iştirakı ilə təntənəli şəkildə keçiriləcək. Mərasimdə qaliblər məlum olacaq.

5. MÜKAFATLANDIRMA
Münsiflər heyəti tərəfindən seşilən beş nəfər qalib müsabiqənin təşkilat komitəsi tərəfindən müsabiqənin şərtləri əsasında film çəkmək hüququ əldə edirlər.

Müsabiqəyə qatılmaq üçün sənədlər 20 sentyabr tarixindən, 10 oktyabr tarixinədək davam edir. Qeydiyyat pulsuzdur.
 





17.09.2013    çap et  çap et