525.Az

Yataqxanada baş verən yanğında xəsarət alanların vəziyyəti ilə bağlı son məlumat


 

Yataqxanada baş verən yanğında xəsarət alanların vəziyyəti ilə bağlı son məlumat <b style="color:red"></b>

Səhiyyə Nazirliyi Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğınla bağlı məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, təcili tibbi yardıma 22 nəfər müraciət edib. Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların 5-i xəstəxanaya yerləşdirilib. Digərlərinə isə lazımi tibbi yardım göstərilib və evə buraxılıb.

Tibbi yardım briqadası hadisə yerinə çatana qədər 2 nəfər dünyasını dəyişib.

 





06.03.2019    çap et  çap et