525.Az

Nərimanov İcra Hakimiyyətindən yataqxanadakı yanğınla bağlı rəsmi açıqlama


 

Nərimanov İcra Hakimiyyətindən yataqxanadakı yanğınla bağlı rəsmi açıqlama <b style="color:red"></b>

Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisindəki yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Məlik Məmmədov küçəsi 4 ünvanında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus yataqxanada baş verib:

"Martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan baş verən yanğın zamanı 11 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişən şəxslər Laçın rayonundan olan məcburi köçkünlər - 1958-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızıdır".

Məlumatda bildirilir ki, faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

 





06.03.2019    çap et  çap et