525.Az

"Aparılan islahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib"


 

"Aparılan islahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib"<b style="color:red"></b>

Dünya Bankının hesablamalarına əsasən, Azərbaycan 2000-ci illərin əvvəllərindən iqtisadiyyatın 12 faizdən çox artımını nümayiş etdirir və sürətli inkişaf tempi göstərən dövlətlərdən biridir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Ə.Əhmədov bildirib ki, buna başlıca olaraq son illərdə iqtisadiyyat və digər sahələrdə aparılan köklü islahatlar şərait yaradıb.

Baş nazirin müavini qeyd edib ki, islahatlar xarici çağırışlar qarşısında davam gətirməyə imkan verib:

“Eyni zamanda Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın yaratdığı ciddi çətinliklərlə üzləşib. Bunun nəticəsində ölkə humanitar faciə ilə, bir milyon qaçqın və məcburi köçkünün olması ilə üzləşib. Bununla belə, Azərbaycan öz inkişaf yolunu davam etdirib və bu günkü nailiyyətlər bir çox istiqamətlərdə, xüsusilə də iqtisadiyyat sahəsində təmin olunmuş yüksək səviyyəni nümayiş etdirir”.

Baş nazir müavininin sözlərinə görə, Azərbaycanda keçirilmiş islahatlar dünyada iqtisadi konyunkturla bağlı xarici çağırışlara da müaqvimət göstərməyə imkan verdi:

“Bu gün özəl sektorun inkişafına xüsusi diqqət ayrılır, çünki kiçik və orta biznesin genişlənməsi üçün optimal şərtlərin yaradılması iqtisadiyyatda, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluq səviyyəsinin artımında ciddi imkanlar açır”.

Ə.Əhmədov bildirib ki, Azərbaycan və inkişaf və təkmilləşmə yolunda inamlı addımlar atır və vurğulayıb ki, bu faktı aparıcı beynəlxalq təşkilatlar qeyd edir:

“Bütün bunlar dövlətin balanslaşdırılmış iqtisadi siyasətinin nəticəsi kimi həm beynəlxalq münasibətlər sistemində, həm də dayanıqlı iqtisadi inkişaf baxımından Azərbaycanın əldə etdiyi uğurları təsdiq edən qlobal hesabatlarda əks olunub”.

 





06.03.2019    çap et  çap et