525.Az

"Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər"


 

"Azərbaycan və Dünya Bankı 4 milyard dollarlıq 50 layihə həyata keçiriblər"<b style="color:red"></b>

Azərbaycan və Dünya Bankı ötən əsrin 90-cı illərinin əvvəllərindən dəyəri 4 milyard dollardan çox olan təqribən 50 layihə həyata keçiriblər. Bu, ikitərəfli əməkdaşlığın uğurlu göstəricisidir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib.

Nazir müavini bildirib ki, Dünya Bankı ölkə iqtisadiyyatının inkişafına ən müxtəlif mərhələlərdə hərtərəfli dəstək göstərib:

"Bu beynəlxalq təşkilat sosial əhəmiyyətli, o cümlədən Bakı şəhəri və bölgələrin su təchizatı ilə bağlı məsələlərin həllində, insan kapitalının inkişafı, təhsil, səhiyyə sahələrində, həmçinin yoxsulluğun səviyyəsinin azaldılmasına istiqamətlənmiş islahatların aparılmasında yaxından iştirak edib. Dünya Bankının dəstəyi ilə xüsusilə də 2016-2018-ci illərdə iri nəqliyyat, aqrar layihələr, eləcə də infrastruktur əhəmiyyətli layihələr reallaşdırılıb".

S.Həsənova vurğulayıb ki, məhz Dünya Bankının "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsinə ilkin dəstək verməsi çox mühüm amildir.

O qeyd edib ki, özəl sektorun inkişafı dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır: "Vacib tapşırıqlardan biri Azərbaycanda sağlam rəqabət mühitinin yaradılması və optimal biznes mühitinin təkmilləşdirilməsi üzrə yeni mexanizmlərin hazırlanmasıdır".

 





06.03.2019    çap et  çap et