525.Az

Əziz Əliyevin həyat və fəaliyyətini əks etdirən kataloq çap olunub


 

Əziz Əliyevin həyat və fəaliyyətini əks etdirən kataloq çap olunub<b style="color:red"></b>

Milli Azərbaycan Tarixi Muzeyi (MATM) tərəfindən Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, istedadlı alim Əziz Əliyevin (1897-1972) həyat yolu və fəaliyyətini əks etdirən kataloq hazırlanaraq çap edilib.

MATM-dan verilən məlumata görə, muzeyin fondlarında Əziz Əliyevlə bağlı bir sıra tarixi sənəd və eksponatlar mövcuddur. 1978-ci ildə görkəmli şəxsiyyətin oğlu Tamerlan Əliyev tərəfindən muzeyə təqdim olunmuş bu əşyalar XX əsr Azərbaycan tarixinin mühüm materialları sırasında qorunur və araşdırılır.  Kataloqda Əziz Əliyevin qısa bioqrafiyası verilib, onun həyat və fəaliyyəti ilə bağlı 60-dan artıq eksponat barədə müfəssəl məlumat yer alıb, həmin eksponatların görkəmli şəxsiyyətin bioqrafiyasının naməlum qalan məqamlarının araşdırılmasında yeri və rolu qeyd olunub. Hər eksponat barədə ətraflı məlumatla bərabər, onların fotoşəkilləri də oxucuların diqqətinə çatdırılır.

 Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı olan kataloqun mətni tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov tərəfindən hazırlanıb. Azərbaycan və rus dillərində nəşr olunmuş kataloqun muzey tərəfindən təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

S.ABDULLAYEVA

 





17.09.2013    çap et  çap et