525.Az

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyatlar keçirəcək


 

Türkiyə və İran PKK-ya qarşı birgə əməliyyatlar keçirəcək <b style="color:red"></b>

Türkiyə və İran PKK terror təşkilatına qarşı birgə əməliyyatlar keçirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, hazırda PKK çətin dövrlərini yaşayır. O əlavə edib ki, PKK terrorçularının ümumi sayı 700 nəfəri keçmir:

“Türkiyə Silahlı Qüvvələri və polis PKK-ya qarşı müntəzəm əməliyyatlar keçirir”.

 





06.03.2019    çap et  çap et