525.Az

Yataqxanadakı yanğında xəsarət alanların 3-ü evə buraxılıb


 

Yataqxanadakı yanğında xəsarət alanların 3-ü evə buraxılıb<b style="color:red"></b>

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğında xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş 5 nəfərdən 3-ü artıq evə buraxılıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada müalicəsini davam etdirən 2 nəfərin vəziyyəti kafi qiymətləndirilir. Onların sabah evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, baş verən yanğınla əlaqədar təcili tibbi yardıma 22 nəfər müraciət edib. Onların 18-nə hadisə yerində tibbi yardım göstərilib. Müraciət edənlərin 14-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Onların yalnız 5-i xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, martın 5-də gecə saat 23:40 radələrində beşmərtəbəli yataqxananın 3-cü mərtəbəsində qısaqapanmadan yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.

 





06.03.2019    çap et  çap et