525.Az

Dövlət Neft Şirkəti bütün işçilərini evlə təmin edəcək


 

Dövlət Neft Şirkəti bütün işçilərini evlə təmin edəcək<b style="color:red"></b>

 Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) çalışan və mənzil növbəsində dayanan bütün işçilər evlə təmin ediləcək.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Suleyman Qasımov bildirib.
 
Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda ARDNŞ-in tərkibində kooperativ fəaliyyət göstərir: «Bu qurum tərəfindən neftçilərə artıq xeyli mənzil verilib. İlk növbədə ARDNŞ-də mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq ARDNŞ 50% güzəştlə işçiləri mənzillə təmin edir».
 
S.Qasımov bildirib ki, digər tərəfdən ARDNŞ banka depozit qoymaqla işçilərə ipoteka krediti verir: «ARDNŞ həmçinin işçilərinə torpaqyanı sahələrinin verilməsini də təmin edir. Bu işlər plana uyğun olaraq aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunana qədər bu işlər davam etdiriləcək».

 





17.09.2013    çap et  çap et