525.Az

Putin və Medvedevdən Mehriban Əliyevaya 8 Mart təbriki


 

Putin və Medvedevdən Mehriban Əliyevaya 8 Mart təbriki <b style="color:red"></b>

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm.

Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.

Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin".

Sözügedən ölkənin baş naziri Dmitri Medvedev də Mehriban Əliyevanı təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

 





07.03.2019    çap et  çap et