525.Az

“Azərsu”da Qadınlar günü münasibətilə tədbir


 

“Azərsu”da Qadınlar günü münasibətilə tədbir <b style="color:red"></b>

8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC)  tədbir keçirilib. “Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov səhmdar cəmiyyətin qadın əməkdaşlarını təbrik edib.

Milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması və yaşadılmasında Azərbaycan qadınının misilsiz xidmətləri olduğunu xatırladan T.Cabbarov qeyd edib ki, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib: “Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə diqqət və qayğı ilə yanaşıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir”.

“Azərsu” sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyev də qadınların ictimai-siyasi fəallığının artırılmasına xüsusi önəm verir: “Ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verən qadınlar cəmiyyətimizdə öz layiqli yerini tutublar”.

T.Cabbarov əlavə edib ki, Azərbaycan qadınının, ailəsinin qarşılaşdığı problemlərin həllində, uşaqların sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da misilsiz xidmətləri var.

Tədbirdə qeyd olunub ki, müasir dövrdə gender bərabərliyinin təmin olunması istiqamətində ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət aparılır. Son illər gender siyasətinə xələl gətirən məişət zorakılığı, erkən nikah, insan alveri kimi hallarla mübarizə tədbirləri gücləndirilib.

Qadınların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutması yüksək qiymətləndirilib, su təsərrüfatı sektorunda mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyinin olduğunu vurğulanıb.

Tədbirin sonunda “Azərsu”nun xanım əməkdaşlarına bayram hədiyyələri təqdim edilib.

C.ABASOV

 





08.03.2019    çap et  çap et