525.Az

“Azərbaycan” jurnalının yeni sayı


 

“Azərbaycan” jurnalının yeni sayı<b style="color:red"></b>

Bugünlərdə “Azərbaycan” jurnalının fevral sayı işıq üzü görüb.

Jurnalın poeziya bölməsində Anar Amin, İbrahim İlyaslı, Oğuz Ayvaz, Elnaz Eyvaz, İqbal Nehmət, Fazil Aydın, Ramiz Mövsüm, Zülfiyyə Yaqubqızı, Müxəmməd Haqverdi kimi müəlliflərin şeirləri dərc olunub.

“Nəsr”də Qan Turalının “Fəza səyahəti dərsləri” povesti, Tural Anaroğlunun “Nəbatat” hekayəsi yer alıb.

Qəşəm Nəcəfzadənin şeirləri “Qarabağ: ağrılarımız, acılarımız”, Vaqif Bəhmənlinin “Azərbaycan”ı yaşadıb, “Azərbaycan”da yaşayanlar” yazısı “Mədəniyyət tariximizdən” bölməsindədir.

Firuz Mustafa “Xatirələr, duyğular” rubrikasında Y.V.Çəmənzəminli, A.Zamanov, V.Axundov və R.Həmzətov haqqında yazır.

“Yeni tərcümələr” bölməsində oxucular Azər Abdullanın “İvan Buninin islam sevgisi” məqaləsini və onun tərcüməsində şairin şeirlərini oxuya biləcəklər.

Rahid Ulusel “Əhdi-ətiq”dən “Realpolitik”ə” essesi ilə “Nəzər nöqtəsi”ndədir.

“Ədəbi talelər” bölməsində Günel Natiq Anatol Fransdan söz açır.

Paşa Əlioğlunun “Mir Fəttah Marağayi”, Südabə Ağabalayevanın “Paşa Əlioğlunun 60 yaşına” məqalələri “Naməlum abidələrimizdən soraqlar”, Qorxmaz Quliyevin “Montaj: hərəkətin-hərəkətsizliyin poetikası” məqaləsi isə “Tənqid və ədəbiyyatşünaslıq” bölməsindədir.

“Gənc tənqidçinin tribunası” rubrikasında Ziyad Quluzadə “Hekayənin sonsuz səyahəti” yazısı ilə çıxış edib. Vaqif Yusifli “Tənqidçinin düşüncələri”, Atababa İsmayıloğlu “Boşalan dünyanın əvəzi” məqalələrilə “Kitablar, rəylər” rubrikasındadırlar.

Ən son nəşrlər haqqında məlumat ənənəvi olaraq jurnalın “Kitab rəfi” rubrikasındadır.

Şahanə MÜŞFİQ

 





08.03.2019    çap et  çap et