525.Az

Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi


 

Milli Kitabxanada Beynəlxalq Qadınlar Günü münasibətilə sərgi <b style="color:red"></b>

Martın 7-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “8 Mart - Beynəlxalq Qadınlar Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Çoxəsrlik mədəni irsimizin təşəkkülündə misilsiz xidmətlərə malik Azərbaycan qadını dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli ədiblər, tarixi şəxsiyyətlər, tanınmış elm və sənət adamları bəxş edib.

Sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

 





08.03.2019    çap et  çap et