525.Az

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı


 

İranda ictimai yerdə evlilik təklifi edən gənc saxlanıldı<b style="color:red"></b>

İranın Mərkəzi vilayətinin Ərak rayonunda ticarət mərkəzlərindən birində evlilik təklifinə görə iki gənc saxlanılıb.

Trend-in məlumatına görə, hadisə ilə bağlı Mərkəzi vilayətin hüquq-mühafizə orqanının rəis müavini Mahmud Xəleci Fars açıqlama verib.

Xəlecinin sözlərinə görə, gənclər İslam qayda-qanunlarına yaraşmayacaq tərzdə ictimai məkanda evlilik təklifinə görə saxlanılıblar. Belə ki, gənc oğlanın ictimai yerdə qadına evlilik təklif etməsi qanunlara ziddir.

Rəis müavininin sözlərinə görə, gənc qız və oğlan daha sonra şərti azadlığıa buraxılıblar.

 





09.03.2019    çap et  çap et