525.Az

Ərdoğan: "Türkiyənin S-400 komplekslərini almasının səbəbi göz qabağındadır"


 

Ərdoğan: "Türkiyənin S-400 komplekslərini almasının səbəbi göz qabağındadır"<b style="color:red"></b>

Türkiyənin Rusiyanın S-400 zenit-raket komplekslərinin almasının səbəbi göz qabağındadır.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib: "Bizim S-400 komplekslərini almamızın NATO, ABŞ və ya F-35 proqramının təhlükəsizliyi ilə əlaqəsi yoxdur. Türkiyənin bu sistemləri almasının səbəbi göz qabağındadır".

T.Ərdoğan Türkiyə və ABŞ arasındakı problemlərin digər məsələlərində olduğu kimi həll olunacağına ümidvar olduğunu bildirib.

 





10.03.2019    çap et  çap et