525.Az

Tunisin səhiyyə naziri 11 körpənin ölümündən sonra istefa verdi


 

Tunisin səhiyyə naziri 11 körpənin ölümündən sonra istefa verdi<b style="color:red"></b>

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.

Trend-in məlumatına görə, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.

Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.

Hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya ayradılıb.

 





10.03.2019    çap et  çap et