525.Az

Pompey və onun qələbələr tarixçəsi - Telman Orucov


 

SİSERON - NATİQLİYİN SİNONİMİ

Pompey və onun qələbələr tarixçəsi - <b style="color:red">Telman Orucov </b>

(Əvvəli ötən şənbə saylarımızda)

Pompey və onun qələbələr tarixçəsi 

Sentyabrın axırında Pompeyin ad günü idi. Siseron üç il idi ki, Pompeyin şərəfinə verilən naharlara dəvət edilirdi. O lovğalanırdı ki, Pompeyin yaxın dairəsinə daxil olmuşdur. Siseron Stoitsizmin banisi olan Zenonun iki əsrlik yaşı olan əlyazısmasını ona bağışladı. Pompey azacıq göz gəzdirib, üstünlüyü Qabininin hədiyyə kimi gətirdiyi gümüş kərgədan buynuzuna verdi.

Siseron deyirdi ki, “istənilən dövlət xadiminin ölümcül səhvi ondan ibarətdir ki, əcnəbilərin mənafeyini öz adamlarınınkından üstün tutur”.

Pompeylə söhbətində Siseron dedi ki, “Sənin planın həqiqətən, cəsarətlidir”. Pompey bildirdi ki, “Bu, fakt məsələsidir və mən onu reallaşdıracağam”. Pompey Siseronun niyə sakit dayandığını soruşduqda o dedi:

- Mən deyirəm ki, sən qlobal baxışa maliksən. Senatda nəhəng müqavimət ola bilər. Xüsusən aristokratlar deyəcəklər ki, hakimiyyəti vətənpərvərlik zərurətinə görə yalın ələ keçirmək heç nədən başqa bir şey deyildir.

Pompey onun fikrinə “mənim bundan zəhləm gedir” sözləri ilə cavab verdi.

Siseron bildirdi ki, o, Pompey adını çəkdikdə, buna “konsul dərəcəsindəki senator” sözünü əlavə edəcəyəm. Pompeyin rəqibi Krass olacaqdı. Mərkəzi məsələ Böyük Pompeyin gələcəyi deyil, onun tərəfindən dəniz quldurlarını məğlub etməsi olmalı idi.

Lakin Siseron deyirdi ki, sərkərdələr siyasətlə məşğul olmağı qərara alırlar. Böyük Pompey haqqında isə deyirdilər ki, o, özü üçün deyil, Roma üçün doğulmuşdur. Bu söz sonralar bütünlüklə məşhur oldu. Bir dəfə Qabini irəli çıxıb dramatik qaydada qışqırdı: “Mən xalq qarşısında hamıya müraciət edib deyirəm: Pompey Böyükdür!”

Bundan sonra Pompey özünü tərifləməyə başladı: “Mən 17 yaşında olanda öz atam Qney Pompey Strabonun ordusunda dövləti birliyə gətirmək üçün vuruşurdum, 23 yaşım olanda mən 15 min nəfərlik ordunu qaldırıb Brutun, Selinin və Karrinin birləşmiş ordularını məğlub etdim və döyüş meydanında imperator kimi salamlandım. 24 yaşımda mən Siciliyanı işğal etdim. 25 yaşında isə Afrikanı işğal etdim. 26-cı ad günümdə mən triumfa layiq görüldüm. 30 yaşım olanda hətta senator da deyildim, prokonsul səlahiyyəti ilə İspaniyada bizim qüvvələrə komandanlıq etdim, altı il ərzində qiyamçılara qarşı vuruşdum və qalib gəldim. 36 yaşında İtaliyaya qayıdıb, qul Spartakın qaçan ordusunun axırıncı qalığı ilə vuruşdum və qalib gəldim. 37 yaşım olanda mən konsul seçildim və ikinci dəfə triumfa layiq oldum.

Konsul kimi isə tribunların qədim hüquqlarını sizin üçün bərpa etdim və oyunlar təşkil etdim. Bu dövlətə nə vaxtsa təhlükə törənəndə mən ona xidmət etdim. Mənim bütün həyatım uzun müddətli xüsusi komandanlıqdan başqa bir şey deyildir. İndi yeni və pretsedenti olmayan bir hədə özünü respublikaya təhlükə törətmək üçün göstərir. Bu təhlükəni qarşılamaq üçün yeni və pretsedenti olmayan səlahiyyətlərə malik bir vəzifə haqlı olaraq təklif olunur. Kim öz çiynini bu yükün altına versə, bütün dərəcələrdən və bütün siniflərdən olan dəstəyə malik olmalıdır. Çünki böyük bir adama təklif olunan belə böyük hakimiyyətə, həm də ona göstərilən böyük bir etimadın olması daxildir. Mən bunları bəyan etməklə özümün namizəd göstərilməyimə razılıq verməyəcəyəm. Böyük Pompey xüsusi komandanlığa tam malik olmuşdur. Bu gün mən ictimai vəzifədən imtina edirəm və o vaxta qədər şəhərdən istirahətə gedirəm ki, torpağı məndən əvvəlki əcdadlarım kimi becərim”.

Qabini rostranın qabağına çıxıb, - bu vaxt Pompey orada sakit vəziyyətdə dayanmışdı, - dedi: “Buna icazə verilə bilməz! Böyük Pompey təkcə özü üçün deyil, Roma üçün doğulmuşdur!” 

Krassın ambitsiyası 

Sonrakı iki həftə ərzində Romada yeganə başlıca mövzu dəniz quldurları barəsində idi. Qabini və Korneli haqqında deyirdilər ki, onlar “rostra üzərində yaşayırlar”, çünki hər gün xalq qarşısında dəniz quldurlarının təhlükəsi barədə söhbət açır, çox sayda şahidlər göstərirdilər. Dəhşətli əhvalatlar barədə danışmaq onların ixtisası idi. Misal üçün, dəniz quldurlarının əsirliyində olmuşlardan biri bəyan edirdi ki, o, Roma vətəndaşı idi, guya onu həbs edənlər qorxduqlarını bildirir və bağışlanmalarını xahiş edirdilər.

Siseron özü rostradan danışmamışdı. Pompeyin Alban dağlarındakı malikanəsindəki evindən hər gün yeni xəbərlər gəlirdi. Bizim yeni Tsintsinnat vaxtının çoxunu yer şumlamaqla keçirirdi. (B.e.ə. V əsrin gökəmli generalı və dövlət xadimi Tsintsinnat Monte - Vatikano təpəsindəki 4 yugerlik (1 hektarlıq) sahəsini şumlayıb becərirdi, ekvlərin Roma ordusunu məhv etmək təhlükəsi yarandıqda Senat onu hərbi diktator təyin etdi. Bu xəbəri Senat nümayəndələri ona elə torpağını becərərkən çatdırdılar. O, ordu toplayıb, ekvlərə hücum edərək, onları məğlub etdi. Hərbi diktatorluq 6 ay müddətinə təyin edildiyi halda, o, 16 gün ərzindəki diktatorluğundan istefa verdi və öz sadə peşəsinə qayıtdı. Rəvayətə görə, 19 il sonra, b.e.ə. 439-cu ildə yenidən diktator təyin edildi, xəyanətkar Spuri Melini məğlub edib, öldürdü. Sonrakı nəsillər sadəlik, qabiliyyət və ləyaqətli respublikaçı rəmzi kimi ona ehtiram bəslədilər. ABŞ-da bir şəhər bu təvazökar romalının adını daşıyır). Ona görə də Siseron Pompey barəsindəki öz müşahidəsini məhz istehza qaydasında belə qiymətləndirirdi.

Senatorlar danışıq aparmaq üçün Pompeyi dəvət etmək istəyirdilər. Krass yarım düjün senatoru götürüb, Pompeyin düşərgəsinə gəldi. Aristokratların əksəriyyəti daha çox qorxduqları adam kimi ona dəstək verirdilər. Krassa görə, Pompeyin üstünlüyü küçə kütləsi arasındakı populyarlığı idi. Siseron Krassla Pompey haqqında deyirdi ki, “onlar bir-birinin başına dolanan iki əqrəbə bənzəyirlər. Heç biri açıq şəkildə qalib gələ bilməz, həm də hər biri digərini öldürə bilər”.

Krass Siseronun evinə gələndə dedi: “Sənin çox yaxşı evin vardır, kiçikdir, ancaq rahatdır”. Siseron cavab verdi: “Əgər bu ev od tutub yansa, sən onu ilk bilən olacaqsan”. Krass əlavə etdi ki, “Sən iri mülkiyyətə sahib olmalısan!” Sonra mövzunu dəyişib bildirdi ki, komandanız olduqca böyükdür, buradakı bir otaq iki adam üçün kifayətdir. Sonra o, əsas siyasi məsələyə keçdi. Qney Pompey qoy Şərqi götürsün və mən Qərbi götürərəm. Yaxud Pomey dənizdə, mən isə quruda vuruşacağam. Yaxud da əskinə. Mən qərar verə bilmirəm. Bizim aramızdakı məsələnin mahiyyəti ondan ibarətdir ki, biz dünyanı idarə edə bilərik. Sən isə bizi birləşdirən körpü ola bilərsən”.

Krass əlavə etdi ki, “Mən hər bir adamın istəyə biləcəyi bütöv var-dövlətə malikəm, lakin bunun özü yalnız dar məna verir və özlüyündə heç də son deyildir. Sən mənə deyə bilərsənmi ki, xalq kiməsə, o, varlı olduğuna görə heykəl ucaltmışdır? Yeganə daim davam edən şərəf səhifə üzərindədir, -  mən heç də şair deyiləm, - və ya döyüş meydanındadır”.

Siseron insan təbiəti haqqında öz düşüncəsini bir dəfə belə ifadə etmişdi: “Doğulandan uşaq kimi qanmağa məhkum olmuş adam öz qarşısında nə baş verəcəyini anlamamaq vəziyyətindədir”. Lakin Krassın Siseronun yadına saldığı kimi, kübarlar bir neçə ay sonra qisas almağa qalxa bilərlər, məhz belə bir vaxtda Tiberi Qrakx (Qay Qrakxın böyük qardaşı, vətəndaşların tuta biləcəkləri ictimai torpaqların azaldılması hesabına kəndli fermerlərə paylanmasını təklif etdiyinə görə aristokratlar ona düşmən kəsilmişdi və b. e. ə. 133-cü ildə əleyhdarlarının qaldırdığı buntda 30 yaşında vəhşicəsinə öldürüldü. Onun kiçik qardaşı Qay isə Tiberinin aqrar qanununu yenidən irəli sürdüyünə və latınlıların vətəndaşlığının genişləndirilməsini tələb eydiyinə gorə müxalif fraksiyalar arasında bunt qalxanda, b.e.ə. 121-ci ildə 32 yaşında özünü intihar etdi) tribun olduğu halda, Fides məbədində mühasirəyə alınaraq, nizə və çomaqla ölənə qədər döyüldü və onun bədəni Tibrə atıldı. “Əgər Krass Tiberi Qrakxın kabusunu çağırmaq istəyirsə, o, buna nail olacaqdır”.

Pompeyin pərəstişkarı Qabini bəyan etdi ki, “Xalq bütünlüklə ali komandan arzu edirsə, onlar bu vəzifənin Pompeyə verilməsini istəyirlər”. Bu da bir fakt idi ki, Krassın pul kisəsi o qədər dərin idi ki, iki tribunu satın ala bilərdi və onlara öz iradələri ilə hərəkət etməyə icazə verməzdi.  

Pompeyin uğurlarının şişirdilməsi. Siseronun pretorluğu 

Terentsiya Pompey barədə daha düzgün rəy söyləyirdi və Siseron arvadının dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdı. Belə ki, Pompeyin qələbələrini dillərə düşmüş sürəti barədə müəyyən şübhələr var idi. Elə bil ki, o, dəniz quldurlarını xalça kimi büküb, məhv etmişdi. Pompeyin dənizdə və quruda keçirdiyi nəhəng döyüşlərdə 10 min adam öldürmüş və 4 yüz gəmi məhv etmişdi. Digər 12 min nəfər isə əsir götürülmüşdü. Söhbət onların çarmıxa çəkilməsindən gedirdi, heç şübhə yox idi ki, bunu Pompey yox, Krass etmişdi. Pompey göstəriş vermişdi ki, dəniz quldurları öz arvadları və ailə üzvləri ilə birlikdə ölkənin içərilərində, Yunanıstanın və Kiçik Asiyanın əhalisi azalan kiçik şəhərlərində məskunlaşdırılsınlar. Bunların hamısı Senatın rəyi soruşulmadan edilmişdi. Siseron öz patronunun fantastik proqressinə qarışıq bir hisslə yanaşırdı.

Vuruşan adi adamların yoxsulluğunu Qabini, onların aristokrat komandanları olan Lukullun nəhəng var-dövlət toplamasının nəticəsi olduğunu deyirdi. Bu komandan kampaniyadan o qədər çox qarət malı götürmüşdü ki, onlardan Roma qapılarından kənarda bütöv təpə düzəltmək və orada böyük saray tikmək olardı ki, bütün dövlət otaqları allahlardan sonra onun adı ilə adlansın.

Kvint isə Pompeyi “komandan kimi fövqəlbəşər dahisi” hesab edirdi. Pompeyin uğurlarını cəmləşdirərək o, bir parlaq şüar irəli sürmüşdü: “bir qanun, bir adam, bir il”.

Qabiniyə görə isə Pompeydən başqa heç kəs dəniz quldurlarını məğlub edə bilməzdi. Pompey, nəhayət, artıq Şərqdəki Roma qüvvələrini bütünlüklə öz əlində cəmləşdirmişdi.

Pretorluq vəzifəsinin icrasına başlayan Siseronun vəziyyətində bu iş müəyyən bir dəyişiklik əmələ gətirmişdi, ev istisna olmaqla, hər yerdə onu mühafizə üçün 6 liktor müşayiət edirdi. Pretor kimi Siseron yaxşı ailələrdən olan şagirdlərə qanunu öyrətmək üçün imkanın mövcud olmasını gözləyirdi və mayda Senat buraxıldıqdan sonra 16 yaşlılar onun otağına toplaşırdılar. Artıq Siseron bilavasitə konsulluğun özü üçün də seçkiyə hazırlaşırdı. Bir neçə gündən sonra elə şeylər baş verdi ki, onlar Siseronun taleyində və bütövlükdə dövlətin gələcəyində dəyişikliklər etməli idi.

 Piy adlı bir adam Siseronla əllə salamlaşmadan, heç bir dəvəti belə olmadan oturub, müqəddiməsiz şəkildə ona dedi ki, “Pretor, mən sizinlə Serci Katilina barədə söhbət etmək istəyirəm”. Siseron bu adı eşidəndə diksindi, çünki Katilina onun uzaq əmisi oğluna işgəncə vermişdi. Populist siyasətçi olan Qratidianın ayaqlarını qırmış, gözlərini və dişini dartıb çıxarmışdı. Dəlisov zorakılıq Katilinadan başlayırdı, onun beyninin ətrafındakı işıqlanmaya bənzəyirdi. Katilina ən təcrübəli qatillərdən biri idi. O, çəkic və bıçaqla adamları öldürür, qətlə yetirilənlərin malikanələrinin satışından xeyli miqdarda pul mənimsəyirdi, həm də inkar olunmayan bir xarizmaya malik idi, öz vəhşiliyi ilə istənilən adama hücum edirdi.

Katilina həmçinin, seksual cəhətdən pozğun idi. Yeddi il əvvəl Vestal bakirə qızla cinsi əlaqədə olduğuna görə ittiham edilmişdi. Bu qız faktiki olaraq Siseronun arvadı Terentsiyanın ögey bacısı Fabia idi, vaxtilə senatora böyük maddi yardım göstərmişdi. Bu, çox ağır cinayət idi, özü də təkcə Katilina üçün yox, həm də təcavüzə məruz qalmış qız üçün. Əgər bu qız da təqsirkar hesab edilsə, ənənəvi olan cəzadan əzab çəkməli idi. Vestal qız bəkarəti qoruyub saxlamaq barədə öz müqəddəs andını pozsa, onlar üçün olan kiçik bir otaqda Sofoklun Antiqonası kimi diri-diri dəfn edilməli idi.

Lakin Katulun başçılıq etdiyi aristokratlar Katilinanın ətrafında fırlanmaqla, ona bəraət verilməsinə nail olmuşdular.

Piy deyirdi ki, atam Afrikanın yarım əsr əvvəl qubernatoru olandan mənim ailəm əyalətdə baş patrondur. Pretor, mən sizə deyim ki, Serci Katilina kimi hirsli, tamahkar adam görməmişəm. O, əyaləti bir başından o biri başınadək soymuşdur, onlara vergi qoymuş, adamları öldürmüş, onların məbəd xəzinələrini oğurlamış, arvadlarını və qızlarını zorlamışdır. Piy sözünə davam etdi: “Təəccüblüdür, mən deyə bilmərəm ki, sənin hansı bir cəhənnəm olduğunu deyə bilim, lakin bu, belədir. Beləliklə, sən bu barədə nə etmək istəyirsən?”

(Ardı var)

 





11.03.2019    çap et  çap et