525.Az

Rayonlarda 108,5 hektar ərazidə ağac əkilib


 

Rayonlarda 108,5 hektar ərazidə ağac əkilib <b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaz ağac əkini aksiyaları çərçivəsində rayonlarda 108,5 hektar ərazidə ağac əkib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları keçirilib.

Qəbələ, Quba, Şabran, Tovuz, Bərdə, Ağcabədi, Sabirabad və Lənkəran rayonlarında keçirilən aksiyalarda nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ümumilikdə 108,5 hektar ərazidə 53145 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.

 





11.03.2019    çap et  çap et