525.Az

Yerevanda növbəti etiraz aksiyası


 

Yerevanda növbəti etiraz aksiyası<b style="color:red"></b>

Yerevanda qazlı içkilər istehsalçılarının etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında qazlı içkilərin istehsalı ilə məşğul olan sahibkarlar Ermənistan hökumətinin binası qarşısına toplaşıblar.

Onlar Vergi Məcəlləsi layihəsində nəzərdə tutulan vergi yükünün artırılmasına etiraz edirlər. Söhbət qazlı içkilərin bahalaşmasına səbəb ola biləcək aksiz vergisindən gedir.

Etirazçılar əllərində "Mən limonadın bahalaşmasına qarşıyam", "Mən işsiz qalacağam", "Hökumət orta sahibkarlığı məhv edir" kimi yazılar olan plakatlar tutublar.

 





11.03.2019    çap et  çap et