525.Az

Bakı aeroportuna 2-ci təyyarənin təcili eniş xəbəri həqiqətə uyğun deyil


 

Bakı aeroportuna 2-ci təyyarənin təcili eniş xəbəri həqiqətə uyğun deyil <b style="color:red"></b>

“Cargolux” aviaşirkətinin Honq Konqdan Lüksemburqa uçan təyyarəsinin Bakıda təcili eniş etməsi barədə məlumat həqiqətə uyğun deyil.

Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Qeyd edək ki, bu gün Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Hava Limanında müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

 





11.03.2019    çap et  çap et