525.Az

Rusiyanın energetika naziri Bakıya gələcək


 

Rusiyanın energetika naziri Bakıya gələcək<b style="color:red"></b>

Rusiyanın energetika naziri Aleksandr Novak martın 17-18-də Azərbaycana səfər edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Qeyd olunur ki, A.Novak martın 18-də Bakıda keçiriləcək OPEK ölkələrinin və təşkilata daxil olmayan dövlətlərin nazirlərinin 13-cü görüşünə qatılacaq.

Hazırda səfərin proqramı dəqiqləşdirilir.

Qeyd edək ki, martın 17-də Bakıda OPEK Monitorinq komitəsinin birgə texniki komissiyasının 27-ci iclası da keçiriləcək.

 





11.03.2019    çap et  çap et