525.Az

AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar


 

AK və Britaniya İrlandiya sərhədi üzrə sənədi razılaşdırıblar<b style="color:red"></b>

Avropa Komissiyasının (AK) rəhbəri Jan-Klod Yunker və Böyük Britaniyanın baş naziri Tereza Mey "Brexit" çərçivəsində İrlandiya sərhədinə dair sənədi razılaşdırıblar.

Trend-in məlumatına görə, bu barədə Jan-Klod Yunker Strasburqda keçirilən T.Mey ilə birgə mətbuat konfransında deyib.

AK-nın rəhbəri bildirib: "Bu gün baş nazir və mən ayrılma üzrə razılaşmaya dair birgə məcburiyyət qoyan hüquqi sənəd barədə razılığa gəldik. Bu sənəd "backstop"un təbiəti haqqında izahlar və hüquqi təminatlar verir... Bu sənəd razılaşmanın təkrar açılmaması ilə ona əlavə edilir".

Bunda əlavə Jan-Klod Yunker Avropa Şurasına bazar ertəsi Brexit üzrə hazırlanan sənədləri Britaniya parlamenti təsdiq etdikdən sonra təsdiqləməyi tövsiyə edib.

 





12.03.2019    çap et  çap et